Cənubi Qafqaz
Kavelaşvili xarici qrantları qadağan edən qanunu imzaladı
Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Publika.az xəbər verir ki, prezident Mixail Kavelaşvili aprelin 17-də qanunu təsdiqləyib.
Qanuna əsasən, Gürcüstan hökumətinin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur.
Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq.
Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.
Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi-tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək.
Qanunun təşəbbüskarı hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının rəsmiləri bildirirlər ki, əsas məqsəd dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumaqdır.
Qeyd edək ki, bu qanun ictimaiyyət və beynəlxalq təşkilatlar arasında da geniş müzakirələrə səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri qanunun QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdıracağına dair narahatlıqlarını ifadə edirlər. Hökumət isə qanunun əsas məqsədinin dövlət institutlarını qorumaq olduğunu bəyan edir.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
























.jpg)















