Cənubi Qafqaz
İrəvanda qalmaqal: Milli Arxivin gizli materialları Bakıya verilib?
Ermənistanda Milli Arxiv materiallarının Azərbaycana ötürüldüyü haqda iddialar qalmaqal yaradıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinin (MTX) Milli Arxivdən materialları “düşmən ölkəyə” təqdim edən qrupu həbs etdiyi məlumatını yayıb.
“Düşmən ölkə”nin adı çəkilməsə də, bir sıra media orqanı bunun Azərbaycan olduğunu yazır. Ermənistan MTX isə məlumatla bağlı heç bir açıqlama verməyib.
İddiaya görə, MTX qrupu poçt ünvanları vasitəsilə izləyib. “168 saat” saytı yazır ki, həbs olunanlar Milli Arxivin keçmiş direktor müavini Sonya Mirzoyan, Qohar Avaqyan, aylarla xaricdə kilsə sənədləri ilə məşğul olan hazırkı direktorun müşaviri Artur Stepanyan və rəqəmsallaşdırma şöbəsinin müdiri Anahir Koçaryandır.
“Qrupda Qoharın qohumları Anna və Arusyak da var. Sonya Mirzoyan ev dustaqlığındadır. MTX-nın Arxiv binasında əməliyyat keçirməsindən bir həftə keçsə də, heç bir məlumat yayılmayıb. Mənbəmiz bildirir ki, Arxiv direktorunun da baş verənlərdən məlumatı olub, lakin hər şey ört-basdır edilir. Nələr götürüldüyü bilinmir: xəritələr, mülkiyyət sertifikatları, tarixi materillar”, - sayt iddia edir.
Asif
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)





.jpg)















