Cənubi Qafqaz
Gürcüstanın eks-prezidentinin evinin yaxınlığında ATIŞMA - “8 güllədən biri...”
Şənbə günü gecə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin Tbilisinin mərkəzində Boris Kuftin küçəsindəki evinin yaxınlığında atışma olub.
Publika.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bu barədə Zurabişvili “Facebook” səhifəsində məlumat verib.
"Səhər saat 4:20-də Qudiaşvili parkının ərazisində və evimin qarşısında səs-küy eşidildi. 40 nəfərə yaxın qrup qışqırırdı, dalaşırdılar və sonda silahdan istifadə olundu (8 güllə, biri mənim həyətimə düşdü)", - Zurabişvili istintaqdan sonra hadisə yerindən fotoları dərc edib.
Gürcüstanın keçmiş prezidenti xatırladıb ki, 2024-cü ilin sonunda səlahiyyət müddəti başa çatdıqdan sonra hakim “Gürcü arzusu” partiyası onu dövlət himayəsindən məhrum edib. Bununla belə, o, baş verənlərin şəxsi təhdiddən kənara çıxdığını vurğulayıb.
“Dövlət təhlükəsizlik rejiminin ləğvinə heç bir reaksiya verməmişəm... Amma bu, artıq mənim təhlükəsizliyimlə bağlı deyil, bu, şəhərin təhlükəsizliyi məsələsidir. Bura şəhərin mərkəzidir, burada kafe və barlar gecə saatlarına qədər işləyir, gənclər gecələr gəzir, çoxlu sayda əcnəbilər olur, gecə reysləri ilə gələn turistlər otellərdə qeydiyyatdan keçirlər", - Zurabişvili əlavə edib.
Onun sözlərinə görə, polis hadisə yerinə yalnız səhər saat doqquzda gəlib.
Gürcüstan Daxili İşlər Nazirliyi Zurabişvilinin evinin yaxınlığında atışma olduğunu təsdiqləyib. İdarənin məlumatına görə, iki nəfər xəsarət alıb. Hadisəni törədənin şəxsiyyəti müəyyən edilib, onun tutulması istiqamətində tədbirlər davam etdirilir. Qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, o cümlədən qəsdən sağlamlığa ağır olmayan zərər vurma faktları ilə bağlı araşdırmalara başlanılıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...















.jpg)
.png)







.jpg)














