Cənubi Qafqaz
Paşinyanın həyat yoldaşı ordumuza qarşı necə döyüşüb? - ŞOK FAKTLAR YAYILDI

2020-ci ilin 44 günlük müharibəsində Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirak etdiyi əməliyyatlarla bağlı şok faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, A.Akopyan Qarabağdakı döyüşlərdə iştirak etmək məqsədilə “Erato” adlı könüllü dəstə yaradıb. 13 nəfər qadından ibarət olan dəstə Qarabağda döyüşdüyünü bəyan edib.
Ermənistan Müdafiə Nazirliyi də iki il öncə - 2023-cü ildə verdiyi açıqlamada “Erato”nun digər könüllü dəstələr kimi yeni yaradılmış hərbi bölmələrin tərkibinə daxil edildiyini açıqlayıb. Rəsmi açıqlamada deyilirdi ki, “Erato” dəstəsi əvvəlcə Gorusun Hartaşen (Aşağı Zeyvə), daha sonra Kornidzor (Geranzur) kəndində N sayı hərbi hissədə yerləşib.
Nikol Paşinyan da 2021-ci ildə bildirmişdi ki, həyat yoldaşının yaratdığı dəstə Gorusda səngərlərdə “xidmət” edib.
Müharibədən sonra verilən açıqlamalardan məlum olur ki, Anna Akopyanın dəstəsi Qarabağda olmayıb. Zəngəzurda sərhəd bölgəsində fəaliyyət göstərib və Ermənistan ərazisindən Azərbaycan ordusunun bölmələrinə zərbələrin endirilməsi fəaliyyətlərini yerinə yetiriblər.
Lakin Ermənistan mediası indi aşkar edib ki, Akopyan və dəstəsi ümumiyyətlə döyüşlərin getdiyi heç bir ərazidə olmayıb. Dəstə üçün Gorusda süni səngər qazılıb və orada “döyüş əməliyyatlarında iştiraka” dair səhnələr oynanılıb.
Dəstənin üzvü Arsine Minasyanın mayın 3-də verdiyi açıqlama da bu kontekstdə diqqət çəkir. Minasyan bildirib ki, təlimlər bitdikdən sonra mövqelərə çıxmaq əmri gəldi: “Bu, Şuşanın təslim olmasından 4-5 gün öncə idi. Yanımızda cangüdənlərimiz vardı, Anna Akopyanın təhlükəsizliyi daim təmin edilirdi. Gorusdan 30-40 dəqiqə getdikdən sonra Teğ kəndinə çatdıq. Cəbhə xətti deyildi, bizə radio verdilər, onunla ancaq kənd başçısı ilə əlaqə saxlaya bilərdik. Vəzifəmiz hərəkətləri izləmək və məlumat vermək idi. Bunu məsuliyyətlə yerinə yetirdik, amma heç bir hərəkət yox idi. Yalnız bir çobanla rastlaşdıq. Heç bir atışma, yaxud döyüş əməliyyatı olmayıb”.
Dəstənin hər bir üzvünə silah təhkim olunub, Anna Akopyana isə snayper verilib.
Qeyd edək ki, A.Akopyanın döyüşlər vaxtı Qarabağa gəldiyi və Ermənistan ordusunun komanda mərkəzində olduğu haqda da məlumatlar yayılmışdı.
Asif

-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video