Cənubi Qafqaz
Paşinyan əllərini açaraq, Əliyevə nə demək istəyirdi? - Sensasion DETALLAR
Prezident İlham Əliyevlə Nikol Paşinyanın Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində görüşü, kofe süfrəsi ətrafında aparılan danışıqlar Ermənistanda hələ də müzakirə edilir.
Publika.az xəbər verir ki, Ermənistan mediası Tirana görüşünü İrəvanın Bakı qarşısında növbəti güzəştlərə hazırlığı kimi dəyərləndirir.
Görüşdə tərəflərin nələri müzakirə etdiyi eşidilmir, yalnız qısa görüntülər var. Eyni zamanda, Paşinyanın Əliyevə “kofe içək” təklifi etdiyi, Əliyevin də “Görüşlərim var, danışıqlardan sonra gələcəm” cavabını bilirik.
Erməni ekspert Artur Martirosyan isə bədən dilinə əsaslanaraq, Əliyevlə Paşinyan arasındakı müzakirələri şərh etməyə çalışır. Onun fikrincə, kofe təklifi və verilən cavab, eləcə də görüntülərin analizi Paşinyanın depressiyaya düşdüyünü deməyə əsas verir.
“Paşinyan danışmaq üçün Əliyevə yaxınlaşanda çiyinləri aşağı əyilmiş halda idi. Bu, itaətdən irəli gələn hisdir. Onlar artıq kofe içəndə gördük ki, Əliyevin gözünün içinə düz baxmır. Bu da itaət əlamətidir. Paşinyanın təbəssümü əsəbidir. Dediklərini eşitmirik, amma Paşinyanın ovucları açıq idi və bu, o deməkdir ki, “mən yalan demirəm”, yəni belə danışan adam qarşı tərəfdən mərhəmət diləyir, ona inanmasını istəyir. O, Ərdoğan və Əliyevlə ayaq üstə ünsiyyət quranda məsafə saxlayırlar. Bu vacib detaldır, çünki dominant kimi qəbul edilənlər məsafəni saxlayır. Paşinyan Əliyevi kofe içməyə dəvət edəndə də çox yumşaq səslə danışır, hətta bir az kəkələyir. Bəlkə də bu, onun rus dilini bilmə səviyyəsindən irəli gəlir. Görünən budur ki, Əliyevin davranış daha inamlıdır. O, savadlı insan kimi görüş istəyini geri çevirmir, amma bu, o demək deyil ki, kofe süfrəsi arxasında aparılan müzakirələrdə bizim üçün müsbət şeylər olub”, - erməni ekspert bildirib.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)





.jpg)


