Cənubi Qafqaz
Lavrovu Nəsirzadə ilə SƏHV SALDILAR - İrəvanda “etirazla” qarşılandı
Ermənistanda Rusiya əleyhinə marginal “Respublika Uğrunda” partiyasının nümayəndələri səhvən İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı “etiraz” aksiyası keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edib ki, Nəsirzadənin korteji keçərkən anti-Rusiya fəalları təxribat xarakterli plakatlar tutublar. Üstəlik, “Respublika Uğrunda” partiyası ilə əlaqəli mənbələrdən birində bu hadisənin videoyazısına başlıq əlavə olunub: "Lavrov İrəvanda etirazla qarşılanıb".
Agentlik həmin vaxt xarici işlər nazirinin hələ Ermənistanın paytaxtına gəlmədiyini vurğulayıb.
Bir gün əvvəl Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacağı , respublikanın baş naziri Nikol Paşinyan, həmçinin ölkə prezidenti Vaaqn Xaçaturyanla görüşəcəyi bildirilirdi.
Lavrovun Rusiya-Ermənistan Universitetində Rusiya universitetlərinin filiallarının müəllim və tələbələri və ekspert icması qarşısında çıxışı, həmçinin Rus Evində həmvətənləri ilə görüşü gözlənilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














