Cənubi Qafqaz
Lavrovun erməni qızları ilə bağlı bu sözləri gülüşə səbəb oldu: Gözəldirlər, amma…
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Rusiya-Ermənistan Universitetində çıxış edib.
Publika.az xəbər verir ki, Lavrov sual-cavab zamanı tələbələrin ailə vəziyyəti ilə bağlı zarafat edib.
Moderator nazirə adlarını, iş və ya təhsil yerini, ixtisasını qeyd etməklə özlərini təqdim etmək üçün sual verməyi planlaşdıran iştirakçılara müraciət edib. Lavrov isə zarafatla cavab verib ki, ailə vəziyyətini göstərmək lazım deyil. Nazirin bu zarafatı zalda olanların gülüşünə səbəb olub.
Universitetin rektoru Edvard Sandoyan zarafatı dəstəkləyərək, bu məsələnin gözəl qızlar üçün aktual olduğunu qeyd edib. Nazir cavab olaraq ünvanın dərhal verilməsini təklif edib. Bu sözlər tamaşaçıları yenidən güldürüb.
"Qızlar gözəldir, amma onların ailə vəziyyəti aktualdır, bunu demək lazımdır", - Sandoyan qeyd edib.
"Onda sadəcə ünvanı, niyə ailə vəziyyətini demək lazımdır", - Lavrov gülümsəyərək deyib.
Bundan əvvəl Sergey Lavrov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər diplomatik münasibətlər sahəsində məsələləri müzakirə ediblər.
Akqabay
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














