Cənubi Qafqaz
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Ermənistan hökuməti Araz çayının yatağından çay qumunun çıxarılmasını qadağan edir.
Publika.az xəbər verir ki, “Ermənistan Respublikasında Yerin təki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olunub.
Yerin təki Məcəlləsi ilə sərhədyanı çayların məcrasından çay qumunun çıxarılması qadağan edilib və pozuntulara görə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş minumum əmək haqqının iyirmi misli miqdarında cərimə tətbiq olunub.
Ermənistan mediası yazır ki, hökumətin bu qərarının məqsədi Araz çayının təkindən çay qumunun çıxarılmasının qarşısını almaqdır. Erməni KİV-lər bu qərarı Azərbaycanın tələbinin qəbul edilməsi kimi təqdim edib.
Azərbaycan Ermənistanın regionda törətdiyi ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində işləyir. Araz çayının çirkləndirilməsi və çay qumunun çıxarılması da belə ekosid aktlarından biridir. Çay qumunun çıxarılması çayın məcrasının dəyişməsinə səbəb olur ki, bu da bütövlükdə Cənubi Qafqaz su mənbələrinə zərbə vurur.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


