Cənubi Qafqaz
Göyçə gölündə kef edən Paşinyan: Sonuncu dəfə Şuşada nə baş vermişdi?
Ermənistanın baş naziri Nikol Paşinyan 50 illik yubileyini Göyçə gölünün yanındakı “hökumətin yay iqamətgahında” keçirib.
Publika.az xəbər verir ki, Ermənistan mediası mərasimə hökumətin və hakim partiyanın üzvlərinin qatıldığını yazır.
“Hraparak” nəşri yubiley mərasimində iştirak edənlərin sayının kifayət qədər çox olduğunu qeyd edir: “Paşinyan əvvəlki ad günlərini “dar çevrədə” qeyd edirdi. 50 illik yubileyini isə geniş tərkibdə keçirib. Hakim partiyanın üzvlərindən birinin dediyi kimi, bu il təkcə yubiley yox, həm də seçkiqabağı hazırlıq və bir çoxları üçün vida mərasimi keçirilib. Çoxları gələn yay hökumətin siyahılarında olmaya bilər”.
Nəşr yazır ki, yubiley mərasimi gecə saatlarına qədər davam edib.
Paşinyanın yubileyini Göyçə gölünün sahilində keçirməsi 2019-cu ildə işğal altında olan Şuşada yallı gedib, konyak içməsini xatırladır. Həmin vaxt “Qarabağ Ermənistandır, nöqtə” deyən erməni baş nazir 44 günlük müharibə ilə torpaqlarımız azad ediləndən sonra sözünü geri götürməyə və “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu. Ermənistanda hələ də müzakirə edirlər ki, Paşinyanın Şuşada konyak içməsi və yallı getməsi müharibəni tətikləyən səbəblərən biri olub.
Erməni baş nazirin 50 illik yubileyini Göyçə gölünün sahilində - Qərbi Azərbaycan torpaqlarında keçirməsi ermənilərdə eyni narahatlığı yaradıb. Paşinyanın bir neçə gün öncə “Ermənistanda heç vaxt Qərbi Azərbaycan olmayacaq” açıqlaması da bu narahatlığı artırıb. Ermənilər düşünürlər ki, Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” deməsinin nəticəsi kimi, “Ermənistanda Qərbi Azərbaycan olmayacaq” deməsinin də mənfi nəticələri ola bilər.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































