Cənubi Qafqaz
“Əclaf, quldur...” - Paşinyandan Köçəryan və Oskanyanla bağlı sərt sözlər
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı əclaf, quldur adlandırıb.
Publika.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı müxalifətə qarşı sərt ittihamlar səsləndirib. Bildirib ki, indiyə qədər konkret ad çəkməsə də, bundan sonra hər kəsin adını qeyd edəcək:
“Əvvəlki iclasların birində Dilican uşaq bağçasının adını çəkdim, onun keçmiş məmur ailəsinə məxsus olduğunu dedim. Sonra həmin məmur əlinə xəncər alaraq, bəzi yazılar yazmağa başladı. Həmin şəxs keçmiş nazir Vardan Oskanyandır. Oskanyan və həyat yoldaşı Dilican uşaq bağçasını ələ keçirib. Son vaxtlar isə baş nazirin qızına hansısa kollec binasını bağışladığı haqda xəbərlər yayılır. Bunlar təsadüf deyil. Çünki qeyri-qanuni əmlakın müsadirə olunması məsələsi gündəmdədir. Belə əmlaka sahib olanlar müxtəlif iddialarla bizim onlarla eyni olduğumuzu göstərməyə çalışır. Onlar əclaf, quldur və fırıldaqçı olduqlarını gizlətmirlər. Qarşılarına baş nazirin onlarla eyni olduğunu göstərmək məqsədi qoyublar”.
Paşinyan Fransada üç milyon avroya əmlak alması haqda yayılan məlumatlara da toxunub.
“Deyirlər ki, baş nazir Fransada üç milyona ev alıb. Fransada bir-iki daşnak var, 3 avroya bir həftə ərzində sayt açıb, orada hər cür cəfəngiyyatı yazır. Robert Köçəryanın rüşvətxor olduğunu biz demirik, bu məhkəmənin qərarı ilə qeyd olunur. Ermənistanın məhkəmə sistemində ikinci prezident olmuş şəxsin rüşvətxor olduğu rəsmən qeydə alınıb. Qoy, məhkəməyə versinlər, bundan sonra mən Robert Köçəryandan danışanda deyəcəm: rüşvətxor Köçəryan. Hər şeyin həddi var. Yunanıstanda adası olduğunu inkar etmirlər. Məhz özlərini müdafiə edə bilmədikləri üçün bizi də quldur və rüşvətxor kimi göstərməyə çalışırlar”, - Paşinyan deyib.
Asif
-
İdman10:30Türk dövlətinin bu klubu baş məşqçisini Qurban Qurbanovun yanına göndərdi: Get öyrən - FOTOLAR
-
Dünya10:12İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik
-
Yaxın Şərq09:54İran ABŞ-ın bu ölkədəki bazasını vurdu: Yanır
-
Nida Xəbər 09:24Prezidentin tapşırığına əsasən İrana humanitar yardım göndərildi - FOTO/VİDEO
-
Hadisə09:12Müəmmalı qətl: Siyasi şərhləri ilə tanınan məşhur müğənni bıçaqlandı - Foto
-
ABŞ07:55Ölüm, od və qəzəb onlara göndəriləcək - Trampdan 20 dəfə daha güclü zərbə anonsu
-
Ekopublika.az07:15Bazarda bu məhsullar bahalaşdı - Video
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı








































