Cənubi Qafqaz
Paşinyanın korteji qəzaya uğrayıb? - Ermənistan DİN VİDEO YAYDI
"Baş nazir Nikol Paşinyanın kortejinin Sünikdən qayıdarkən qəzaya uğraması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook"da yazıb.
"Mən medianı dəqiqləşdirilməmiş və əsassız məlumat yaymaqdan çəkinməyə çağırıram", - deyə o yazıb.
Qeyd edək ki , Hraparak.am Nikol Paşinyanın Sünikdən qayıdan kortejinin Armaş kəndində qəzaya düşməsi, mühafizəçilərdən bəzilərinin də yaralanması ilə bağlı məlumat yayıb.
İddia edilib ki, Paşinyanın korteji vətəndaş Yurik Şahnazaryanın üzərinə keçib. O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Ermənistan Daxili İşlər Nazirliyi də hadisə yerindən video yayaraq iddianı təkzib edib.
“Videoda açıq-aydın görünür ki, patrul polisi “Nissan” markalı avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyinə görə inzibati tədbir görmək məqsədi ilə saxlayıb, bundan sonra “VAZ” markalı avtomobilin sürücüsü fövqəladə vəziyyət yaradıb, nəticədə “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini idarə edə bilməyib VAZ-a, daha sonra isə sağda dayanmış patrul polisi maşınına çırpılıb.
Mətbuatda Ermənistan Respublikasının Baş nazirini müşayiət edən kortejin də qəzada iştirak etdiyi barədə məlumat yayılıb.
Nəzərinizə çatdırırıq ki, bu məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və sizi yoxlanılmamış və təsdiqlənməmiş məlumatları yaymamağa çağırırıq”, - deyə polisin bəyanatında deyilir.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi















081218_2.jpg)









.jpg)














