Cənubi Qafqaz
Simonyandan II Qareginə xəbərdarlıq: Qaça bilməyəcəksiniz
“Erməni Apostol Kilsəsinin yeni katolikosu olacaq. Bu reallığı dəyişə bilməyəcəksiniz”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan katolikos II Qareginin qanunsuz əməllərindən danışarkən bildirib.
O deyib ki, bütün ermənilərin yeni katolikosu öz andından dönməyəcək şəxs olacaq.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan II Qareginin subaylıq andını pozduğu üçün artıq katolikos ola bilməyəcəyini açıqlayıb.
Simonyan isə II Qaregin və ətrafına xəbərdarlıq edib.
“Əgər “təhlükə keçənə qədər mağaralara girmək” taktikasının nəyisə dəyişəcəyini düşünürsünüzsə, yanılırsız. Qanundan qaça biləcəyini düşünürsünüzsə, yanılırsız. Reallıqla nə qədər tez barışsanız, bir o qədər yaxşı olar”, - deyə o bildirib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi















081218_2.jpg)









.jpg)














