Cənubi Qafqaz
Əliyevlə Paşinyan Türkiyədə müqavilə imzalayacaq? – Ermənilərdən sensasion İDDİA
Bu gün Prezident İlham Əliyevin Türkiyəyə səfəri planlaşdırılır. Əsas diqqətçəkən məqam Ermənistan baş naziri Nikol Paşinyanın da iyunun 20-də Türkiyəyə səfərə hazırlaşmasıdır. Liderlərin Türkiyədə görüşəcəyi haqda heç bir məlumat olmasa da, səfərlərin eyni vaxta təsadüf etməsi bu gözləntiləri artırır.
Publika.az xəbər verir ki, Ermənistan mediası Türkiyədə Prezident İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilə biləcəyini yazır.
“Hraparak” nəşri isə Türkiyədə Azərbaycan və Ermənistan arasında müqavilə imzalana biləcəyini iddia edib.
“Hakimiyyət Paşinyanın Türkiyəyə səfərinin gündəliyini açıqlamaqdan imtina edir. Baş nazirin özü də bu haqda heç nə danışmır. Hakim partiyada isə Türkiyədə sazişin, yaxud ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı təkliflər səslənməyə başlayıb. Azərbaycan və Ermənistanın Türkiyənin vasitəçiliyi ilə müqavilə imzalaması üçüncü tərəflərin regionda hərbi mövcudluğuna son qoyulması, xüsusilə Rusiyanın 102-ci hərbi bazasının çıxarılması ehtimallarını da gücləndirir. Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və bura Bakının digər tələbləri, o cümlədən, azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan-red) qaytarılması məsələri daxil ediləcək”, - nəşr iddia edir.
Asif
-
İdman05:15“Çelsi” tarixində ən bahalı transferini etdi
-
Magazin203:43Dua Lipa stationda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu






































