Cənubi Qafqaz
Mirzoyan Paşinyanın İstanbul səfərini şərh etdi: Bizim üçün vacib olan…
Dialoq, münasibətlərin normallaşdırılması və regionda sülhün təşviqi Ermənistanın xarici siyasətinin əsas məqsədləridir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərini şərh edərkən deyib.
"Mən baş nazir Nikol Paşinyanı Türkiyəyə əhəmiyyətli səfəri zamanı belə mühüm məqamda müşayiət etdim. Dialoq, münasibətlərin normallaşdırılması və regionda, bizim yaxın qonşumuzda sülhün təşviqi Ermənistanın xarici siyasətində əsas vəzifələrdir", - Mirzoyan “X” sosial şəbəkəsində yazıb.
İyunun 20-də Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti İstanbula səfər edib. Ermənistan hökumətinin başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Görüş bir saata yaxın davam edib. Görüşdə Paşinyan Ermənistanın regionda sülh və sabitliyin təmin edilməsinə və qonşuları ilə münasibətlərin normallaşdırılması siyasətinin davam etdirilməsinə sadiq olduğunu vurğulayıb. İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Akqabay
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi























.jpg)















