Cənubi Qafqaz
İrəvanda həbs edilən rusiyalı milyarderin bəyanatı yayıldı: Görün nələr deyib
Həbsdə olan biznesmen, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan Ermənistan hakimiyyətini cəmiyyəti parçalamaqda və daxili təhlükəsizliyin əsaslarını sarsıdan repressiv sistem yaratmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkilləri vasitəsilə yayılan bəyanatında deyilir.
Karapetyanın sözlərinə görə, indiki rəhbərlik ölkəni qəsdən “qaralar” və “ağlar”a bölüb.
"Qəhrəmanlar, generallar, alimlər - intellektual və peşəkar elitanın nümayəndələri "qara" kateqoriyasına aid edilib. Bəziləri korrupsioner, digərləri isə cəmiyyətə yararsız şəxslər kimi təqdim edilib", - o qeyd edib.
Karapetyan əlavə edib ki, bir çox sahibkarlar da bu kateqoriyaya düşüb, onlara qarşı yüzlərlə cinayət işi qaldırılıb ki, bu da onun fikrincə qanunsuzdur.
"Repressiya aparatı daxili sabitliyi pozan əsas təzyiq alətinə çevrilib. Ölkəni dərindən düşünən, iş yerləri yaradan və real gəlir gətirən insanlar siyasi məhbuslara çevrilərək dəmir barmaqlıqlar arxasına düşüblər", - bəyanatda deyilir.
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Baş bazir Nikol Paşinyan onun haqqınsa sosial şəbəkədə sərt açıqlamalar verib. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Moskva onun Rusiya vətəndaşlığına malik olduğunu nəzərə alaraq, Karapetyanın ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Akqabay
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov















.jpg)

.jpg)
.jpg)






.jpg)












