Cənubi Qafqaz
Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd: 15 nəfər həbs edilib
Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məhkəmə istintaqın təqdim etdiyi bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər, o cümlədən “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq Komitəsi bildirib ki, axtarışlar zamanı elektrik naqillərini və internet bağlantılarını zədələmək üçün nəzərdə tutulmuş çoxsaylı yanar əşyalar aşkar edilib.
Vəkil Aleksandr Koçubayevin sosial şəbəkədə verdiyi məlumata görə, onun müvəkkili Armen Aleksanyan səhvən həbs edilib.
“Müstəntiqlər bilərəkdən və ya bilməyərəkdən telefon danışıqlarını araşdırarkən səhvə yol veriblər və başqa şəxsin əməllərini müvəkkilimlə əlaqələndiriblər”, - o yazıb.
Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlaması barədə məlumat yayıb. Qalstanyan və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.
Akqabay
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov















.jpg)

.jpg)
.jpg)





.jpg)













