Cənubi Qafqaz
Mikayel Acapaxyan həbs edildi
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Acapaxyan Ermənistanın İstintaq Komitəsinin Yerevanda yerləşən binasına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Artıq onun saxlanılması ilə bağlı qərar verilib.
Arxiyepiskop buraya səhər saatlarında hüquq-mühafizə orqanlarının onu saxlamağa cəhd etdiyi Eçmiəzdin şəhərindən gəlib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri onu birbaşa İstintaq Komitəsinin binasına aparıblar. Bina ətrafındakı küçələr və yaxınlıqdakı həyətlər polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında arxiyepiskopa dəstək verən şəxslər də toplaşıblar.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Eçmiədzin kafedralında baş verənlərlə bağlı açıqlama verib. O, Erməni apostol kilsəsini (katolikos II Qaregin və komandasından) azad edəcəklərini bildirib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan araşdırma zamanıarxiyepiskop Mikayel Acapaxyana qarşı cinayət işinin başlanması barədə qərar qəbul edilmişdi.
(Teleqraf)
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU














.jpg)



















.jpg)


