Cənubi Qafqaz
Xocalı cəlladının deputat toxunulmazlığı ləğv edildi
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarı 59 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb. Seyran Ohanyanınla yanaşı, "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləgv edilib.
Cinayət işləri çərçivəsində Seyran Ohanyana qarşı irəli sürülən ittihamlar onun müdafiə naziri olduğu dövrə aiddir. İstintaqın məlumatına görə, Ohanyan Geqarkunik vilayətinin Draxdik kəndində yerləşən, “Sevan” Milli Parkının balansında olan 10,5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəyib və həmin ərazidə dövlət büdcəsi hesabına şəxsi villa tikdirib.
Arçvik Minasyana isə 2016–2018-ci illərdə, ətraf mühit naziri olduğu dövrdə bu qanunsuzluqlara hüquqi qiymət vermədiyi, əksinə, Ohanyanın hərəkətlərini ört-basdır etməyə kömək etdiyi iddia olunur.
İstintaq bildirib ki, Minasyan Ohanyana yaxın şəxslərə tikinti üçün icazə verib və bir sıra sənədlərin saxtalaşdırılmasına şərait yaradıb.
Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.
(Teleqraf)
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir



































.jpg)


