Cənubi Qafqaz
İrəvandan Əbu-Dabi görüşü ilə bağlı YENİ AÇIQLAMA - “Biz təsdiq edirik ki...”
“Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşün nəticələrinə görə, hər iki tərəf rəsmi, diqqət yetirirsinizsə, eyni press-relizlər dərc edib. Bundan başqa, sülh sazişi ilə bağlı razılaşma olsaydı, ictimaiyyət bu barədə məlumatlandırılardı”.
Publika.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Regional kommunikasiyaların blokdan çıxarılması məsələsinə gəldikdə, Ermənistanın mövqeyinin bir daha təsdiq olunduğu XİN mətbuat katibinin bugünkü rəsmi bəyanatını əsas götürməyinizi və paylaşmağınızı xahiş edirik. Bu mövqedən fərqli bir razılaşma yoxdur və ola da bilməz.
Ermənistan ictimaiyyəti Ermənistan hökumətinin sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı fikirləri ilə tanışdır. Əbu-Dabidə səsləndirilən bütün mövqelər bu strategiyalara uyğun gəlir, o cümlədən regional kommunikasiyaların açılması məsələsi. Bu ideyalar Ermənistan tərəfindən “Sülhün qovşağı” layihəsində təqdim olunub.
Ermənistan da Əbu Dabidə keçirilən görüşü uğurlu hesab edir və biz təsdiq edirik ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər”, - Badalyan bildirib.
Hüseyn İbadlı
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
















_(1).webp)




















