Cənubi Qafqaz
Qaydalar sərtləşdirilir - Gürcüstanda qalmaq üçün yeni şərtlər
Əcnəbilərin Gürcüstana girişi, bu ölkədə qalması, yaşaması və işləməsi qaydaları dəyişdirilir.
Publika.az xəbər verir ki, bununla əlaqədar Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunub.
Dəyişikliklə bir sıra qaydalar sərtləşdirilir.
Əvvəlki qanunvericiliyə görə, viza rejimini pozan əcnəbilər ölkəni tərk edərkən cərimə ödəyirdilər və sonra yenidən Gürcüstana qayıda bilirdilər. Cari il oktyabrın 1-dən etibarən isə əcnəbi Gürcüstanda 3 aya qədər qaldıqda,180 deyil, 1000 lari məbləğində cərimə ödəməli olacaq və 6 ay müddətinə Gürcüstana səfərinə qadağa qoyulacaq.
Əgər əcnəbi ölkədə bir ildən az qalıbsa, qanuni qalma müddəti bitdikdən sonra o, 360 lari əvəzinə 2 min lari cərimə ödəməli və iki il Gürcüstanla vidalaşmalı olacaq.
Ölkədə bir ildən artıq qeyri-qanuni qalanlar üçün cərimə 360 lari deyil, üç il müddətinə ölkəyə giriş qadağası ilə 3 min lari olacaq.
Əcnəbilərin Gürcüstanda qeyri-qanuni qalmasına şərait yaradan şəxslər və şirkətlər isə 2 min lari cərimə ilə cəzalandırılacaqlar.
Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, 95 ölkənin vətəndaşlarına Gürcüstana vizasız səfər etmək və bir il ərzində ölkədə qalmaq imkanı verilir. Siyahıya Aİ ölkələri, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Belarus və Ukrayna daxildir.
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir

































.jpg)


