Cənubi Qafqaz
Gürcüstan bu addımı atan əcnəbiləri deportasiya edəcək
Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları həbs olunmaq əvəzinə, deportasiya ediləcəklər.
Publika.az xəbər verir ki, həmçinin onların Gürcüstana girişi cinayətin ağırlığından asılı olaraq, iki ildən iyirmi ilə qədər və ömürlük qadağan olunacaq.
Bununla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinə dəyişikliklər edilib.
Həmin dəyişikliklərlə məhkəmələrə konkret cinayətlərə görə cəza tədbiri kimi əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması ilə ölkədən qovulmadan istifadə etmək hüququ verilir.
Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, Gürcüstan sərhədini qanunsuz keçməkdə, miqrantları qanunsuz daşımaqda və ya qeyri-qanuni miqrantların ölkədə qalmasına şərait yaratmaqda təqsirləndirilən əcnəbilər üçün həbs cəzasına alternativ olaraq Gürcüstandan çıxarılma və müəyyən müddətə ölkəyə girişinə qadağa tətbiq oluna bilər.
Eyni zamanda, oktyabrın 1-dən Cinayət Məcəlləsində Gürcüstandan deportasiyaya məhkum edilmiş və müəyyən müddətə ölkəyə gəlişi qadağan olunmuş və ya barəsində Gürcüstandan deportasiya edilməsi barədə məhkəmə qərarı olan əcnəbinin məhkəmə qərarının icrasına maneçilik törətməsi cinayət sayılacaq yeni maddə qüvvəyə minəcək. Əcnəbi səyahət sənədini qəsdən məhv etdikdə, belə sənədə malik olmadıqda, sənədin alınması prosedurundan yayındıqda və ya məhkəmənin qərarını başqa şəkildə yerinə yetirməkdən imtina etdikdə ölkədən deportasiya olunacaq və ya bir ildən altı ilədək müddətə azadlıqdan məhrum ediləcək. Bu cür hərəkətin və ya zorakılıq və ya zorakılıq hədəsi ilə müşayiət olunan hərəkətin təkrar törədilməsi beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetmə və ya dərhal deportasiya ilə nəticələnir.
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir

































.jpg)


