Cənubi Qafqaz
Moskva Ermənistanda SİYASİ "OYUN QURUR" - Rusiyalı biznesmen lider seçildi
Peşəkarlardan ibarət yeni yaradılacaq siyasi qüvvəyə əvvəllər İrəvanda həbs olunmuş rusiyalı biznesmen Samvel Karapetyan başçılıq edəcək.
Publika.az xəbər verir ki, bunu onun qardaşı oğlu Narek Karapetyan deyib.
O xatırladıb ki, Ermənistan konstitusiyasına əsasən, seçkinin nəticələri ilə seçilən hakim siyasi qüvvə ölkənin baş nazirini təklif edir və seçir:
"Baş nazirin ona tapşırılan funksiyaları layiqincə yerinə yetirmədiyi təqdirdə yenidən seçilmək imkanının olması çox vacibdir. Siyasi komandamızın rəhbəri Samvel Karapetyan olacaq və biz onun himayəsi ilə irəliləyəcəyik. O, xarici siyasəti, iqtisadi, sosial vektoru müəyyən edəcək. Komanda peşəkarlardan ibarət olacaq".
Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. Hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan Samvel iki ay müddətinə həbs edilib.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO













.webp)
























