Cənubi Qafqaz
Paşinyan bu təkliflə Rusiyanı SINAĞA ÇƏKİR - “Qazaxdan İcevana kimi...”
“Rusiya “Tramp Rifah və Sülh Marşrutu” layihəsinin bir hissəsi kimi Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqələrinin bərpasına sərmayə yatıra bilər və bu layihə uğurla həyata keçirilərsə, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək".
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Rusiya tərəfi İcevan-Razdan (Ermənistanda şəhər), İcevan-Qazax (Azərbaycanda rayon) dəmir yolunun bərpası üçün investisiyalarda maraqlı ola bilər. Burada təbii ki, Azərbaycan tərəfinin razılığı lazım olacaq", - Ermənistan hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İran və ABŞ, eləcə də Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığın başlanması üçün əlverişli şərait yarada bilər. Paşinyan xatırladıb ki, İran şirkəti “Şimal-Cənub” layihəsi çərçivəsində Ermənistanda magistral yol çəkir.
Bundan əvvəl Paşinyan Azərbaycanla ərazilərin mübadiləsi variantını istisna etməyib. O vurğulayıb ki, formal olaraq Ermənistana məxsus olan, lakin Azərbaycanın nəzarətində olan ərazilər və əksinə, Azərbaycana məxsus, faktiki olaraq Ermənistanın nəzarətində olan ərazilər var.
Hüseyn İbadlı
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















