Cənubi Qafqaz
Paşinyan Makronla danışdı: Bakı-İrəvan razılaşması ilə bağlı bunları dedi
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan-ABŞ bəyannaməsinin təfərrüatI barədə Fransa prezidenti Emmanuel Makronu telefonla məlumatlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini Fransa prezidentinə təqdim edərək, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi barədə məlumat verib”, - bəyanatda qeyd olunub.
Paşinyan vurğulayıb ki, sülhün bərqərar olması Ermənistanda və regionda yeni investisiya imkanları açır.
Həmsöhbətlər ikitərəfli və beynəlxalq gündəmlər üzrə fəal siyasi dialoqu davam etdirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.
Ermənistanın baş naziri davamlı dəstəyə görə Fransa prezidentinə təşəkkür edib.
Öz növbəsində Makron "X" sosial şəbəkəsində söhbət zamanı bəyannamənin imzalanmasını alqışladığını vurğulayıb.
"Ümid edirəm ki, bu bəyannamə tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracaq”, - Fransa prezidenti qeyd edib.
Akqabay
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO




















.jpg)










