Cənubi Qafqaz
Ermənistanın keçmiş baş naziri məhkəməyə çıxarılacaq: Görün nədə ittiham olunur
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
Bildirilib ki, onun cinayət işi üzrə ilk məhkəmə iclası təyin edilib. İşə ən qalmaqallı və siyasi işlərə baxan hakim Vahe Dolmazyan baxacaq. O, Davit Tonoyanın, Armen Aşotyanın, Vladimir Qasparyanın, Ruben Vardazaryanın, general Manvel Qriqoryanın, ikinci prezident Robert Köçəryanın və bir çox başqalarının işlərinə baxmış hakimdir.
Ovik Abramyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət mənşəli olduğu iddia edilən əmlakın, yəni torpaq sahələrinin leqallaşdırılması maddələri ilə cinayət işi başlanıb.
Ovik Abramyan iyunun 13-də həbs edilib, ertəsi gün barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılıb, iyulun sonunda isə məhkəmənin qərarı ilə ev dustaqlığı inzibati nəzarətə dəyişdirilib.
Akqabay
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı











.jpg)

















.jpg)








