Cənubi Qafqaz
Zəngəzur dəhlizi ilə bağlı RƏSMİ AÇIQLAMA: Azərbaycan və Ermənistanda tezliklə...
“Sülh müqaviləsinin paraflanması bizi sülhə çox böyük addım yaxınlaşdırır. Məncə, bu, Ermənistan Respublikasının hər bir vətəndaşı üçün gözlənilən, vacib və sevindirici hadisədir”.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və nəqliyyat naziri Davit Xudatyan deyib.
Onun sözlərinə görə, paraflanmış sazişin mətnində Ermənistan üçün faciəli və ya bədbəxt heç nə yoxdur:
“Azərbaycan ərazisindən keçəcək yollar Ermənistan üçün açılır, çünki blokadanın götürülməsi ikitərəfli prosesdir”.
Xudatyan bildirib ki, Azərbaycanla ölkəsi arasında yolların (və ya Zəngəzur dəhlizinin) açılması Ermənistanın inkişafı baxımından çox vacibdir:
“Bu mərhələ üçün nə qədər lazım idisə, o qədər məlumat çatdırılıb və hazırda ona əlavə edəcəyim heç bir şey yoxdur. Yaxın gələcəkdə iş prosesləri başlayacaq və əlavə məlumatların çatdırılmasına ehtiyac yarandığı andan etibarən hökumət həmin məlumatları mütləq çatdıracaq”.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistanda yolların açılması ilə bağlı tezliklə işçi qrupu yaradılacaq.
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı











.jpg)

















.jpg)








