Cənubi Qafqaz
İrəvan məhkəməsi Karapetyana mərhəmət etmədi - Daha iki ay...
İrəvan məhkəməsi (Ermənistan) biznesmen Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Karapetyan 2025-ci ilin iyununda hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırışlarda ittiham olunaraq (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi) həbs edilib. Avqustun 11-də İrəvan Apellyasiya Məhkəməsi onun həbsini qanunsuz hesab edib.
Həbs qətimkan tədbirinin uzadılması barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi çıxarıb. Həbs müddətinin uzadılması ilə bağlı vəsatət əvvəlcə müstəntiq tərəfindən verilib. Məhkəmə vəsatətə bu il avqustun 14-də baxmağa başlayıb, lakin iclası təxirə salıb.
Ədliyyə binasının qarşısında toplaşan böyük bir qrup insan; saatın gec olmasına baxmayaraq, uzun müddətdir ki, hökmü gözləyib dağılmayıblar. Vaxtaşırı toplaşanlar “Azadlıq” və “Samvel, Samvel” şüarları səsləndirirdilər.
Hüseyn İbadlı
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı











.jpg)

















.jpg)








