Cənubi Qafqaz
Ermənistanda bu sahələr Azərbaycanın nəzarətinə keçəcək: İrəvanda nədən qorxurlar?
Sərhədlər açılandan sonra Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatını nəzarətə götürəcəyi gözləntiləri erməniləri narahat edir.
Publika.az xəbər verir ki, erməni ekspertlər Türkiyə və ya Azərbaycanın kənd təsərrüfatı məhsullarının irimiqyaslı idxalından daha çox, turizm sektorunun problemlərlə üzləşcəyini düşünürlər.
Erməni iqtisadçı Razmik Terteryan hesab edir ki, turizm sektorunda böyük güc olan Türkiyə Ermənistan iqtisadiyyatını da bu yolla ələ keçirə bilər.
“Türkiyə turizm sektorunun ən yaxşıları sırasındadır. Sərhədlər açılandan sonra Türkiyə Ermənistanda otellər alaraq, yenilərini tikə bilər. Bu halda həm də tikinti sektoruna çıxış əldə edə bilərlər. Otellərdən sonra mənzil tikintisi, daha sonra dövlət tenderlərində iştirak edən istehsal sektoru, infrastrukturun tikintisi, dəmir yolu və magistral yolları nəzarətə götürə bilərlər”, - o iddia edib.
Erməni iqtisadçı qeyd edib ki, xidmət sektoru zəncirin əsas halqasıdır: “Türkiyə və Azərbaycan müsəlman ölkələrindən ucuz işçi qüvvəsi cəlb edə bilər. Bu isə illər keçdikcə demoqrafik dəyişiklik riskini yaradır. Çünki vətəndaşlığa ən sürətli yol qarışıq nikahlardır, nəticədə Ermənistanda müsəlman əhalisinin sayının artması baş verə bilər”.
Terteryan iddia etdiyi bu risklərin qarşısını almaq üçün təkliflər irəli sürür. Onun fikrincə, Ermənistan hökuməti Türkiyə və Azərbaycan şirkətləri üçün xüsusi lisenziya prosedurları və digər məhdudiyyətlər qoymalıdır.
“Eyni zamanda, Rusiya, İran, Çin və Avropa şirkətlərinə daha böyük imtiyazlar verilməlidir. Buna paralel olaraq, Ermənistanın əmək bazarında əcnəbilərin məşğulluq şərtlərini, eləcə də onların ölkəmizdə qalma müddətini sərtləşdirmək lazımdır”, - o təklif edib.
Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadığı üçün sərhədlər açılmayıb. Türkiyə-Ermənistan sərhədinin açılmaması da bundan qaynaqlanır. Halbuki, sərhədlər açılarsa, Ermənistan böyük iqtisadi dividentlər əldə edəcək. Ermənilər isə sərhədlər açılmadığı halda artıq bunun əleyhinə kampaniyaya başlayıblar.
Asif
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı



































