Cənubi Qafqaz
Tramp Əliyev və Paşinyanla fotosunu niyə paylaşıb? - Ermənistanda narahatlıq
ABŞ prezidenti Donald Trampın növbəti dəfə “Truth Social”dakı hesabında Vaşinqtonda Prezident İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşması Ermənistanda müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Tramp paylaşımında “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!” deyə qeyd edib.
Trampın məqsədi sülhün əldə edilməsində öz rolunu ön plana çıxarmaq kimi görünür, xüsusilə bunu London səfəri ərəfəsində etməsi diqqətçəkəndir. Lakin erməni ekspertlər Trampın paylaşımında fərqli mənalar axtarışına çıxıb.
Erməni politoloq Yervand Bozoyanın fikrincə, Trampın paylaşımı Rusiyanın regiondan kənarda qalması mesajını vermək məqsədi daşıyır.
Onun sözlərinə görə, bu prosesdə erməni cəmiyyətinin anlamadığı bir məsələ var: “Ermənistan cəmiyyəti “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı təklifin Paşinyan tərəfindən verildiyini başa düşmür. Eyni danışıqlar Bayden administrasiyası ilə də aparılırdı. Əvvəlki administrasiyanın üzvü Obraynın açıqlamalarında bu aydın şəkildə qeyd olunurdu. Azərbaycan bunu qəbul etmədi. Trampın dövründə isə Azərbaycanın istəklərinə uyğun variant üzrə razılaşma əldə edildi”.
Bozoyan qeyd edib ki, Tramp üçün Cənubi Qafqaz üçüncü, yaxud dördüncü məsələdir.
“Vaşinqton razılaşmalarında ABŞ-ın rolu müşahidəçi statusuna daha çox yaxındır. Paşinyanın məqsədi isə Zəngəzur dəhlizini verməkdir. Əslində bu ad altında əraziləri də təhvil verəcək”, - erməni politoloq iddia edib.
Asif
-
Dünya04:14İran Amerika müdafiə sistemlərinə uyğunlaşdı
-
Magazin100:15"Qırmızı onkoloji xəstəliyi məhv edir, 100 yaşım olsa belə, qırmızı geyinəcəm”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çoxlarını heyran qoyacaqsınız
-
İdman18 İyul 23:36Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ
-
Magazin218 İyul 22:00“Eşref” xəyallarına qovuşdu - 20 metrlik gəmi üçün 2 milyon avro xərclədi
-
İdman18 İyul 21:36Mahir yeni klubuna Kənanın “Bayatı-Şiraz”ı ilə keçdi - VİDEO
-
Hadisə18 İyul 20:48Xəstəxanaya ağır vəziyyətdə gətirilən körpə öldü
-
Magazin118 İyul 20:24Məşhur aparıcı Nəzakət Teymurova ilə istirahətdə - FOTO







































