Cənubi Qafqaz
Muradov İrəvanda ermənilərin ittihamlarını cavablandırdı - VİDEO
İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarına qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov erməni jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, erməni jurnalistlər “Azərbaycanın sülh sazişini niyə imzalamaması, bunun Ermənistana qarşı ərazi iddialarından qaynaqlanması ehtimalı” haqda sual verib.
Muradov bildirib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur: “Lakin Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddiaları var. Bu, sülh sazişinin imzalanmamasında yeganə maneə ola bilər. Rəsmi Bakı üçün bu məsələnin həlli vacibdir. Təkcə bu (Ermənistan konstitusiyası-red), sülh sazişinin imzalanmasına əngəl törədir”.
Erməni jurnalistlər Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını nəzərdə tutan müəddəaların olduğunu iddia edib. Soruşublar ki, “burada niyə qarşılıqlı prinsip tətbiq edilmir?”. Onu da əlavə ediblər ki, Ermənistanda konstitusiyaya dəyişiklik etmək qısa müddətdə mümkün deyil, bunun üçün referendum lazımdır.
Azərbaycan təmsilçisi cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yoxdur: “Azərbaycanın Cənubi Qafqazın şərq regionunun bir hissəsi olduğu qeyd olunub, lakin konstitusiyamıza əsasən heç bir ərazi iddiası və ambisiyası yoxdur”.
Erməni jurnalistlər sual verib ki, bəs “Qərbi Azərbaycan” ifadəsi ərazi iddiası deyil?
Muradov izah edib ki, qətiyyən belə deyil: “Qərbi Azərbaycan dedikdə bir-birinin regional bütövlüyünü qorumaq nəzərdə tutulur. Bu, daha çox xalqın mənafeyinə xidmət edən QHT-dir və daha çox insanın bu ərazilərdə yaşamasını istəyir. Bu, daha çox mədən irsin və xalqın maraqlarına xidmət edən bir anlayışdır”.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


































.jpg)


