Cənubi Qafqaz
Paşinyan keçmiş prezidentləri debata çağırdı - Görün nə cavab verdilər
Ermənistanın baş naziri Nikol Paşinyan üç keçmiş prezidenti, eləcə də ermənilərin katolikosunu və həbs edilmiş iki arxiyepiskopu debata dəvət edib.
Publika.az xəbər verir ki, debata çağırdığı şəxslər Paşinyanın əsas rəqibləridir.
Erməni baş nazir debatı Ermənistanda “üçüncü respublika”nın uğursuzluğu mövzusuna həsr etmək istəyir. Lakin Paşinyanın debata dəvət etdiyi keçmiş prezidentlər aşağılayıcı cavablar veriblər.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi Levon Zurabyan bildirib ki, Paşinyanla özü debata çıxa bilər. O, bu debata qatılmaq üçün Ter-Petrosyandan icazə istəyib və bildirib ki, “xəstəni müalicə edəcək”.
İkinci prezident Robert Koçaryanın ofisi Paşinyana “ya araqdan, ya da dərmandan imtina etməyi” tövsiyə edib.
Üçüncü prezident Serj Sarkisyanın ofisi isə Mark Tven və Albert Eynşteynin sitatları ilə cavab verib. “Axmaqlarla heç vaxt mübarizə etmə, onların səviyyəsinə düşəcəksən və onlar orada səni öz təcrübələri ilə üstələyəcəklər”. “Yalnız iki sonsuz şey var: kainat və insanın axmaqlığı, baxmayaraq, ki, kainatdan o qədər də əmin deyiləm”.
Beləliklə, keçmiş prezidentlər Paşinyanın debat təklifindən imtina ediblər.
2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərə bir ilə qədər vaxt qalsa da, artıq Ermənistan siyasətində ciddi qarşıdurma yaşanır.
Asif
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.png)





















