Cənubi Qafqaz
Ölkədə olmayan Paşinyanı devirmək üçün hərəkətə keçdilər - DETALLAR
Rusiyaya səfəri bitən Ermənistanın baş naziri Nikol Paşinyan Moskvadan birbaşa Nyu-Yorka uçub. Erməni baş nazirin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, Paşinyan ölkədə olmadığı vaxt Ermənistanda onun impiçment olunması məsələsi müzakirəyə çıxarılıb.
“Daşnaksütyun” partiyasının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan impiçment prosesinin başlanması üçün blokun deputatlarının imzaladığı blankı “Şərəfim var” fraksiyasından olan həmkarlarına təqdim edib.
İmpiçment təşəbbüsü Serj Sarkisyanın rəhbəri olduğu “Şərəfim var” fraksiyası tərəfindən irəli sürülüb. Robert Koçaryanın lideri olduğu “Ermənistan” boloku müəyyən fikir ayrılığına baxmayaraq, prosesə qoşulur. Saqatelyan bildirib ki, onlar əvvəldən bu təşəbbüsü dəstəkləyiblər, lakin səs çoxluğunun olmaması təşəbbüsün praktiki icrasını çətinləşdirir. O, təmsil etdiyi blokun deputatlarının imzaladığı blankı “Şərəfim var” fraksiyasına təqdim etməklə, onları dəstəklədiklərini ifadə edib.
Ermənistan müxalifəti hakim “Mülki müqavilə” partiyasının deputatlarının da impiçment prosesinə qoşulması istiqamətində səylərini artıracağını bəyan edib.
Qeyd edək ki, impiçment prosesinə başlamaq üçün parlament üzvlərinin 36-sı, prosesi uğurla yekunlaşdırmaq üçün isə 107 deputatdan minumum 54-nün dəstəkləməsi lazımdır. “Ermənistan” blokunun 28, “Şərəfim var” blokunun isə 6 deputat yeri var. Müxalifət Paşinyana qarşı impiçment prosesinin başlanmasına belə nail ola bilmir. Buna görə hakim komandanın üzvlərinin cəlb edilməsi uğrunda mübarizə gedir.
Asif
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.png)





















