Cənubi Qafqaz
İrəvanda səssiz çevriliş: Paşinyanı yanındakı bu şəxs devirəcək
Ermənistanda hakimiyyət daxilində çevriliş planları aktual olaraq qalır. Hələ iki il öncə baş nazir Nikol Paşinyanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzlənməsi ssenarisi gündəmə gəlmişdi, zaman keçsə də, bu plan dəyişməyib.
Publika.az xəbər verir ki, bu barədə “politobzor” saytı yazır.
Saytın “İrəvan məhkəməsinin sirləri” sərlövhəli məqaləsində qeyd olunur ki, hər şey “rəngli inqilab” məntiqinə uyğundur: “Köhnə nizamı darmadağın etməyin, keçmiş elitanı “sıfırlamağın” məntiqi belə olur. Gürcüstanda Mixail Saakaşvili, Ukraynada Viktor Yuşşenko, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldi. Qərbə kəskin dönüş, ağrılı islahatlar, köhnə əlaqələrin mümkün iflası həyata keçirilir. Lakin belə liderlərin həmişə öz səlahiyyət müddəti var. Sonra ikinci simalar arenaya girir və əvvəlki siyasəti davam etdirirlər. Ermənistanda da belə olacaq”.
Sayt yazır ki, Armen Qriqoryan xarici donorlar mühitində təhsil alıb, USAİD-in qrantları hesabına birbaşa maliyyələşdirilən “Counterpart İnternational” və “Transparency International Armenia” təşkilatlarında çalışıb.
“Mükəmməl ingilis dili ilə yanaşı, total və xarici nəzarət bacarıqlarını, idarəetmənin üsullarını öyrənib. 2018-ci il inqilabından sonra Qriqoryan Təhlükəsizlik Şurasının katibi oldu. 2021-ci ildə qısa müddət ərzində xarici işlər nazirinin səlahiyyətlərini icra etdi. QHT-lərlə müzakirələr apara bilən, generallarla görüşən, sonra Brüsselə və ya Tehrana, Berlinə, yaxud Moskvaya uça bilən texnokratdır. Paşinyan ağır geosiyasi məğlubiyyətlərin və “ərazi itkiləri”nin simasıdır. Qriqoryan başqa cür hərəkət edir, ədəbsiz çıxışlara meylli deyil, “dördüncü respublika”nın gələcəyini formalaşdıranlarla şəxsi əlaqələr qura bilib. 2023-cü ildə Qriqoryan Londonda Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə, 2024-cü ildə İrəvanda USAİD-in rəhbəri Samanta Pauerlə görüşüb, Azərbaycanla danışıqlarda iştirak edib, o cümlədən, Avropa kəşfiyyat strukturlarının rəhbərləri ilə təmasları olub. Bunlar sadəcə rəsmi səfərlər deyil, söhbət qərar qəbuletmə mərkəzlərinə daxil olmaqdan gedir. Belə demək mümkünsə, Paşinyan öz məqsədinə çatdı və sistemə nəzarətçi operator lazımdır ki, Qriqoryan bu rola uyğun gəlir”, - sayt iddia edir.
Asif
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq


































