Cənubi Qafqaz
İrəvan kulislərində çaxnaşma: Vaşinqtonda əslində hansı sənəd imzalanıb?
Prezident İlham Əliyevin BMT-də çıxışı zamanı Zəngəzur dəhlizi, eləcə də 44 günlük müharibənin Ermənistanın kapitulyasiyası ilə başa çatdığı haqda dedikləri İrəvan kulislərində ixtilaflara səbəb olub.
Publika.az xəbər verir ki, Ermənistanın hakim komandası daxilində “əslində Vaşinqtonda nə baş verib” sualı müzakirə edilir.
“Hraparak” nəşri iddia edir ki, hakim komanda daxilində rəhbərliyə müxtəlif suallar ünvanlanır.
“Belə bəyanatlar fonunda insanları Vaşinqtonda sülh razılaşmasının əldə edildiyinə necə inandıra bilərlər? Rəhbərlik komandanı əmin edib ki, Vaşinqtonda həqiqətən də sülh əldə olunub, müxtəlif bəyanatlar isə nəticəni dəyişdirmir. Lakin hakim komanda daxilində müzakirələr yenə səngiməyib. Müxtəlif versiyalar gündəmə gəlib: bəziləri şübhələnir ki, Ermənistanla Azərbaycan arasında əslində başqa bir sənəd imzalanıb, sadəcə olaraq, Əliyev Paşinyana bunun sülh müqaviləsi kimi təqdim etməyə icazə verib”, - nəşr iddia edib.
8 avqust Vaşinqton görüşündə Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmalar sülh sazişini imzalanması istiqamətində böyük irəliləyiş hesab olunur. Ermənistanda sülhlə bağlı yaranan şübhələr isə daha çox daxili qarşıdurmadan qaynaqlanır.
Asif
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















