Tabloid.az
Ramiz Əzizbəylinin qızı: "İstəməzdik bu vəziyyətdə atamı görsünlər”
Tibb Universitetinin tədris terapiya şöbəsində müalicə olunan Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəylinin səhhətində irəliləyişlər olsa da, sənətkarın vəziyyəti stabil olaraq qalır.
Bu barədə Publika.az-a aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib. Atasının Novruz bayramına qədər xəstəxanada qalacağını deyən qızı, onun yanına ailə üzvlərindən başqa heç kimin buraxılmadığını bildirdi: “Atam insult xəstəliyindən əziyyət çəkir. Həkimlər bu xəstəliyin uzun müddət müalicə tələb etdiyini deyir. Atamın yanında anam qalır və ailəmizdən başqa heç kəsə onunla görüşməyə icazə vermirik. Bizi də başa düşün, atamın nitqində ciddi qüsurlar var, sağ tərəfi işləmir, yataq şəraitindədir. Biz istəməzdik ki, atamızı bu vəziyyətdə kimlərsə görsün, yaxud şəkillərini çəkib saytlarda yerləşdirsinlər”.
Xalq artistinə diqqət göstərdiyinə görə Publika.az-a minnətdarlıq edən sənətkarın qızı Ramiz Əzizbəylinin xəstə vəziyyətdə şəkillərini yayan və xoşagəlməz yazılar yazan bəzi media orqanlarından narazılığını bildirdi.
Cəvahir Səlimqızı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO