Tabloid.az
Sankt-Peterburqda Mstislav Rostropoviçin memorial lövhəsi açılacaq
Martın 18-də Sankt-Peterburqun “Naberejnaya Kutuzova” 16
ünvanında Mstislav Rostropoviçin memorial lövhəsinin təntənəli
açılış mərasimi keçiriləcək.
Mstislav Rostropoviç Fondunun rəsmi saytına istinadla xəbər
verilir ki, dünya şöhrətli musiqiçinin həyatının mühüm hadisələri
Sankt-Peterburqla bağlıdır. D.Şostakoviç və B.Brittenin əsərlərinin
premyerası, maestronun konsertləri, o cümlədən möhtəşəm violonçel
silsilə konsertləri, onun parlaq musiqiçilər yetişdirdiyi Leninqrad
Dövlət Konservatoriyasında müəllimliyi, A.S.Puşkin Evi Fondu, Çeçen
müharibəsi qaçqınları üçün xeyriyyə konsertləri və digər tədbirlər
bu şəhərdə keçirilmişdir.
Mstislav Rostropoviç və Qalina Vişnevskaya “Naberejnaya
Kutuzova” ünvanına 1994-cü ildə köçmüş və öz qiymətli arxivlərini
məhz bu evə gətirmişlər.
Müvafiq yerdə memorial lövhənin quraşdırılması qərarı
Sankt-Peterburq hökuməti tərəfindən 2009-cu ildə
verilmişdir.
Memorial lövhə heykəltəraş Rüstəm İqamberdiyev, memar Anton
Medvedev, rəssam Aleksandr Dodondan ibarət müəlliflər kollektivi
tərəfindən hazırlanmışdır.
baku-art.az
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO