Tabloid.az
Bakıda rusiyalı aktrisanın kitabının təqdimatı oldu
Bu gün “Hyatt Park” hotelində rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” kitabının təqdimat mərasimi keçirilib.
Publika.Az-ın məlumatına görə, tədbir Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən təşkil olunub.
Kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyasında Azərbaycan dilinə tərcümə edilib. Təqdimat mərasimini giriş sözü ilə açan kinorejissor Ayaz Salayev Nina Puşkova haqqında məlumat verib və onun müəllifi olduğu kitabın məziyyətlərindən bəhs edib.
Nina Puşkova “Postskriptumlu roman” kitabının Azərbaycan dilinə tərcümə edilməsini yüksək qiymətləndirib, kitabda bəhs olunan problemlərlə bağlı fikirlərini bölüşüb.
Sonra Nina Puşkovanın ömür yolu ilə bağlı qısa klip nümayiş etdirilib. Mərasimdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, Mərkəzin əməkdaşı, professor Qılıncxan Bayramov, Bakı Slavyan Universitenin professorları Asif Hacıyev, Flora Hacıyeva, Rusiyanın Azərbaycandakı Səfirliyinin baş müşaviri Aleksandr Qladkov, kinorejissor Şamil Nəcəfzadə, televiziya rejissoru Vasif Babayev, Azərbaycandakı Rus İcmasının sədr müavini Mariya Kojevnikova, Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi hissə müdiri Valentina Reznikova kitab haqqında fikirlərini bildiriblər.
Vasif Həsənli
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI