Tabloid.az
Məşhur şairi ad günündə kövrəltdilər
Nəğmə dolu bir dünyama, göz açmışdı o gözlər,
Bir ömürlük mehebbetden söz açmışdı o gözlər,
Niyə birdən yoxa çıxdı o bəxtəvər gülüşlər,
Niyə məni belə yıxdı o bəxtəvər gülüşlər
Gəl, gəl gülüm, gəl görüşə,
Hicranina dözməz ürək,
Həsrət mənə bir dağ olar, bir dağ olar,
Gəl, gəl gülüm, gəl görüşə,
Ağlamasın salxım söyüd,
Göz yaşları bulaq olar, göz yaşları.
Kövrək, göyçək arzularla gəl ömrümə, günümə,
Sənsiz ürək haray çəkir, yet səsimə, ünümə,
Bu eşq məni öldürsədə, yalvarmağa üzüm yox,
İnsafsızlıq yetər gülüm, daha məndə dözüm yox…
Bu gün gözəl şairimiz Dəmir Gədəbyəlinin doğum günüdür- 75-in kürəyini yerə vurur.
Dodağımda şairin sözlərinə bəstələnmiş bu gözəl musiqini zümzümə edə-edə söz xiridarını həm təbrik etdim, həm də hal-əhval tutdum. Deyən, 75-in havasında deyildi…
Doğum günündə bir az pəjmürdə görünən şair adi günlərdən birini yaşadığını söylədi. Nəsə səsində nisgil vardı. Səbəbini öyrənməyə çalışanda dolan ürəyi boşaldı nə boşaldı: “Xalqım hansı əhval-ruhiyyədədirsə, elə mən də o əhval-ruhiyyədəyəm. Nə deyim. Mən təmtəraqdan uzaq adamam, heç bərli-bəzəkli məclislər nurub özümə ad günü keçirən adam da deyiləm. Keçirərdim e, o da bilirsənmi haçan?Qarabağ əlimizdə olsaydı. Sözün düzü, Qarabağsız özümü tənha, nisgilli sayıram”.
Onu da öyrəndik ki, səhər açılandan şairə ad günü münasibəti ilə təbrik təbrik dalınca gəlib. Dostları, qələm yoldaşları, jurnalistlər…
“A qızım, elə sənin o xoş sözlərin mənim üçün ad günü təbrikidir də…Bu yaşımda mənə belə gözəl sözlər deyib, ürəyimi şad edirsən”.
Deyəsən lap kövrəlmişdi şair. Amma bu kövrəklikdən şeir doğulacağını yüzdə yüz bilirəm. Odur ki, səsiniz gəlsin, şeirləriniz doğulsun, o şeirlərə qoşulan havalarla biz də havalanaq Dəmir Gədəbəyli!
Cəvahir Səlimqızı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ