Tabloid.az
Miss Globe İnternational Azərbaycanda keçiriləcək
Dünyanın ən böyük gözəllik yarışması - Miss Globe İnternational müsabiqəsinin final mərhələsi ilk dəfə olaraq Azərbaycanda, Crystal Hall sarayında keçiriləcək.
Bu münasibətlə “Miss Globe İnternational” ın sahibi Rasim Aydınla Merac Productionun prezidenti Səbuhi Əliyev arasında razılıq haqda rəsmi sənəd imzalanıb.
“Miss Globe İnternational” ın sahibi Rasim Aydın ABŞ-ın RCA Global Entertaiment şirkətini Hollivuddan satın almış və 2010-cu ildən etibarən “Miss Globe İnternational”ın mərkəzi Türkiyədir. Beləliklə, dünyanın ən böyük gözəllik yarışması Türkiyəyə aiddir. Rasim Aydının sözlərinə görə, “Miss Globe İnternational” –ün 89-cu finalının Bakıda keçirilməsi dünyanın diqqətinin bir daha Azərbaycana yönəlməsini şərtləndirəcək və ölkəmizin beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verəcəkdir.
Ümumilikdə “Miss Globe İnternational” müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi vardır ki, onlardan 25 –i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycanın paytaxtına gələcəklər. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın ən az 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq.
“Miss Globe İnternational” iki mərhələdən ibarətdir. Birinci mərhələ “Miss Globe National Baeuty” müsabiqəsidir. Milli finallarda qələbə qazanaraq öz ölkələrinin ən gözəli seçilmiş qızlar ikinci mərhələyə vəsiqə qazanaraq güclərini “Miss Globe İnternational” yarşmasında sınamaq imkanı əldə edirlər.
Yaxın günlərdə “Miss Globe Azerbaijan” seçmək üçün kastinq elan olunacaq. Mayın 20-30 tarixləri arasında kastinq yekunlaşacaq və ölkəmizi bu nüfuzlu beynəlxalq gözəllik yarımasında təmsil edəcək Azərbaycan gözəli müəyyən olunacaq.
“Miss Globe İnternational”-ın 89-cu finalı iyunun 21-də Crystall Hall-da keçiriləcək.
Zəminə
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO