Tabloid.az
Röyanın fanatları yazıçı Cavid Zeynallını axtarır: Cinayət baş verə bilər - TƏHDİD
Müğənni Röyanın fanatları bərk qəzəblənib. Buna səbəb
gənc və iddialı yazar Cavid Zeynallının Röya Ayxanın həyatından
icazəsiz yazılan "Leyla" romanını yazmasıdır.
Fanat qrupunun rəhbəri Ruslan Bəkirovun Avanqard.net-ə verdiyi
məlumata görə, icazəsiz yazılan romanla bağlı ciddi addım atmaq
fikrindədilər. Fanat qrupunu rəhbərinin dediyinə görə, onlar Cavid
Zeynallıdan bununla bağlı izahat tələb edəcəklər. Ruslan Bəkirov
fanatlar tərəfindən "Leyla" romanını satış məntəqələrindən
yığışdırmaq fikrində olduğunu da gizlətmədi. Qrup rəhbəri hesab
edir ki, Cavid Zeynallı adlı yazıçı Röya Ayxanın həyatı haqqında
roman yazmamışdan qabaq bunu müğənni ilə razılaşdırmalı idi.
Qey edək ki, “Kulisin kitabxanası” seriyasından çap olunan romanda
Azərbaycan şou biznesinin ən tanınmış müğənnisinin obrazı
yaradılıb.
Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda,
cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci
gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə
sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu
pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür,
telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir.
Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü
deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır.
Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və
hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna
düşməsi deməkdir.
“Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad
Başkeçiddir. Kitabın qiyməti isə 5 manatdır. “Leyla” romanı
yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı
“Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI