Tabloid.az
Məşhur müğənni ölkədən qovula bilər
Bununla bağlı ABŞ hakimiyyətinə edilən müraciət bir həftə ərzində 102 min imza toplayıb.
Kanadalı müğənni, 20 yaşlı Castin Biber ABŞ sakinlərinin
qəzəbinə tuş gəlib.
Florida ştatının Mayami şəhərində qanunsuz maşın yarışlarında
iştirak edən Biber sükan arxasında sərxoş vəziyyətdə olub və
saxlanılan zaman polisə müqavimət göstərib. Həbs olunduqdan sonra
Biber alkoqol və marixuana qəbul etdiyini etiraf etmişdi. Sonradan
məhkəmə onu zaminə buraxmışdı.
Bundan sonra amerikalılar kanadalı musiqiçinin ölkədə yaşama
icazəsinin ləğv olunması və ölkədən deportasiya olunması ilə bağlı
Ağ Evə petisiya təqdim ediblər. Artıq 102 min nəfər petisiyanı
imzalayıb.
“Biz istəyirik ki, təhlükəli, ağılsız, destruktiv və narkotika
aludəçisi Castin Biber deportasiya olunsun, onun Green Card-ı isə
geri alınsın. O nəinki xalqımızın rifahına təhlükə törədir, həm də
bizim gənclərə pis nümunə olur. Biz xalq olaraq Castin Biberi
cəmiyyətimizdən təcrid olunmasını tələb edirik”.-deyə petisiyada
deyilir.
Bununla yanaşı, “Biberin deportasiya olunmaması ilə bağlı
petisiya da Ağ Evin rəsmi saytında yerləşdirilib. Lakin hələllik
ki, yalnız 491 nəfər bu sənədi imzalayıb.
Xatırladaq ki, sadə kanadalı yeniyetmə olan Castin Biber Youtube
hostinqinə yerləşdirdiyi şəxsi ifaları ilə məşhurluq
qazanmışdı./AzVision.az
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO