Tabloid.az
Kinostudiyadan uşaqlara müjdə - FOTOLAR
“3 Dost” animasiya studiyası “Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi çəkir.
Studiyadan Publika.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur. Süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur. Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır.
Bu macəralarda onun ən yaxın dostu, tutuquşu Qaqqili də iştirak edir. Filmdə 8 personaj var. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub.
Filmin preprodakşn (ilk hazırlıq) mərhələsi artıq bitib. Hazırda
istehsal mərhələsinə başlanılıb.
Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olacağı
planlaşdırılır. Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk
animasiya filmini məhz “3Dost” animasiya studiyası çəkib. 2012-ci
ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır. Bu layihəni
davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə
tutulur.
Cəvahir Səlimqızı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...