Tabloid.az
Azərbaycan Konqreslər Bürosunda "Açıq qapı"
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət
göstərən Azərbaycan Konqreslər Bürosu sentyabrın 4-də “Fairmont
Baku” mehmanxanasında “Açıq qapı” keçirəcək.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, büronun ilk dəfə təşkil edəcəyi bu mötəbər tədbirə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.
Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq
tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin
keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək,
beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli
işlər daxildir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə
davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan
Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq
ölkənin MİCE (biznes turizmi) bazarında işləyən təşkilat və
müəssisələri bir araya gətirərək onların inkişafına və regional
oyunçulara çevrilməsinə yardımçı olacaq.
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı