Tabloid.az
Azərbaycanlı müğəninin bəxti açıldı – FOTOLAR – VİDEO
Dilarə Kazımova Ukraynanın əfsanəvi “Okean Elzı” qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq.
Publika.az-ın xəbərinə görə, təkcə 2014-cü ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektiv sentyabrın 6-da Bakıda Yaşıl Teatrda çıxış edəcək.
Dilarə bildirir: “Svyatoslavla birgə çıxış etmək inanılmaz bir hadisədir. Əminəm ki, soydaşlarımız çoxlu müsbət enerji toplayacaqlar. Bu yaddaşlarda qalan konsert olacaq”.
Azərbaycan müğənnisi Dilarə Kazımovanı və “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şousu birləşdirir. 2014-cü ildə Dilarə Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos kraini” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni Vakarçukun komandasına qatılıb. Dilarə canlı efirdə “Okean Elzı” qrupunun “Bez boyu” mahnısını və Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”dən bir parçanı ifa etmişdi.
Cəvahir Səlimqızı
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı