Tabloid.az
Gül festivalı sona çatdı (VİDEO)
Macarıstanın Debreçen şəhərində avqustun 15-dən bəri
davam edən gül karnavalı bu gün yekunlaşıb.
ANS TV-nin məlumatına görə, əsl festival ab-havasının hökm sürdüyü
şəhərdə bir həftə ərzində müxtəlif gül kompozisiyaları nümayiş
etdirilib. Dünya şöhrətli macar dekoratorlarının bir-birindən
rəngarəng gül kompozisiyaları yerli sakinlərin və turistlərin
marağına səbəb olub.
Dünən minlərlə güldən hazırlanmış çələnglərin Debreçen küçələrində
paradı da keçirilib. Gül karnavalını əcnəbi və macar xalq rəqsləri
və musiqisi ifa edən qruplar da müşayiət edib.
Qeyd edək ki, bütün dünyada tanınan gül karnavalı hər il avqustun
20-də Macarıstanın dövlət olaraq əsasının qoyulmasını qeyd etmək
üçün keçirilir.
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...