Tabloid.az
Bakıda Musiqi bayramı - FOTO
Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Publika.az-ın məlumatına görə, tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanını xatırladıb. Həmin vaxtdan hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyi diqqətə çatdırıb. Ə.Vəliyev Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu gün də uğurla davam etdirildiyini sevindirici hal kimi qiymətləndirib.
Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.Çıxış edənlər həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıb və musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə ediblər.
Natiqlər bu musiqi bayramının tezliklə Şuşada keçiriləcəyinə
inamlarını ifadə ediblər.
Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi
orkestrinin və Azərbaycan Dövlət xor kapellasının ifasında klassik
musiqi nümunələri təqdim olunub.
Cəvahir Səlimqızı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü