Tabloid.az
Bakıda möhtəşəm festival - FOTO
Sentyabrın 18-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Festival Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından üverturanın səslənməsi ilə açıq elan edilib.
Orkestrin bədii rəhbər və baş dirijoru, xalq artisti Rauf Abdullayev, solistləri Ceyhun Allahverdiyev (piano, Azərbaycan) və İlya Qrubert (violin, Hollandiya) olub.
Konsertdə İ.Bramsın violin və orkestr üçün konserti, həmçinin
Azərbaycanın xalq artisti Arif Məlikovun fortepiano və orkestr üçün
konserti səsləndirilib.
Qeyd edək ki, Arif Məlikov bir aya yazdığı və konsertdə ilk dəfə
səsləndirilən bu əsəri sevimli qızı Şirin Məlikovaya həsr edib.
Festival sentyabrın 28-dək davam edəcək.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...