Dəli qadınlar məşhur aktyora hücum edib
Bizi izləyin

Tabloid.az

Dəli qadınlar məşhur aktyora hücum edib

Bu ilin sentyabrında 50 yaşını qeyd etmiş aktyor Kianu Rivz elə bu ay ərzində düz 2 dəfə qadınların hücumuna məruz qalıb.

Xarici mətbuatın verdiyi məlumata görə, bu yaxınlarda səhər saat 5-də psixi problemləri olan yaşlı pərəstişkar qadın onun evinə daxil olub. Qadın saxlandıqdan sonra psixiatrik xəstəxanaya aparılıb. Sentyabrın 24-də aktyorun evinə daxil olan başqa bir pərəstişkarın da aqibəti belə olacaq. Çünki evə daxil olan qadın lüt soyunub, duş qəbul edib. Qadın hovuzda üzərkən yaxalanıb.

Evə gizli daxil olan pərəstişkarı qulluqçular görüb. Bu haqda Rivzə xəbər verildikdən sonra evə polis çağırılıb.

Hər iki qadının ağlının yerində olması sübut olunarsa, onlar məhkəmə qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, birinci pərəstişkar qadın Rivz yatarkən evə daxil olub. Səhər saat 5-də aktyor kitabxanasından səs-küy eşidib. Səsə çıxan aktyor kitabxanada 40 yaşlı bir qadınla rastlaşıb. Rivz “qonaqdan” orada nə etdiyini soruşub. Qadın isə onu gözlədiyini deyib. Kianu və “kitab oxuyan” qadın mehribancasına söhbət edərkən hadisə yerinə polis gəlib. Qadın özünü anormal apardığından onu dərhal psixi dispanserə göndəriblər.

Axtarış zamanı Kianunun evindən heç nə oğurlanmadığı aşkar edilib. Ona görə də qadınlar yalnız şəxsi mülkə qanunsuz müdaxilə maddəsi ilə ittiham oluna bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm