Tabloid.az
2014-cü ilin "Xalq Yaradıcılığı Paytaxtları" məlum olub
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2014-cü
il üzrə paytaxt bölgələr məlum olub.
Publika.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki,
mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə bu il üçün Qəbələ
"Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Folklor paytaxtı",
Abşeron rayonu isə "Sənətkarlıq paytaxtı" elan edilib.
Qeyd edək ki, "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı
Paytaxtları" proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin
qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi
istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir.
Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü tədbirlərin
təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin
qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha
da yaxşılaşdırılmasına töhfə verməkdir.
Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.
Xatırladaq ki, 2013-cü ilin "Xalq Yaradıcılığı Paytaxtları" Xaçmaz, Zaqatala və Göygöl idi.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?