Tabloid.az
Ad gününü qeyd edən İlkin Həsəni toyunun vaxtını açıqladı - FOTOLAR
Bu gün sevilən aparıcı, “Bozbash Pictures”in “maşennik” Şəmisi, ən əsası, xarizması ilə qızların ürəyini yandırıb kül edən İlkin Həsəninin ad günüdür. Mübarək olsun!
Biz də onu təbrik etdik və ad günü təəssüratlarını paylaşdıq.
- Adam var təmtəraqlı ad günləri keçirməyi xoşlamır. Bəs sən necə?
- Yox, mən ad günlərimi qeyd etməyi xoşlayıram. Hər il ad günümü dostlarımın əhatəsində qeyd edirik – özü də təmtəraqlı şəkildə. Qonaqların rahatlığ ilə bağlı bir az narahatlıqlarım olur. Onları yerləşdirmək, diqqət-qayğı göstərmək məsələlərini nəzərdə tuturam. İstəyirəm hamı üçün rahat olsun.
- Adətən, ad günündə hansı əhvali-ruhiyyədə olursan?
- Sevincli oluram, amma kövrəldiyim məqamlar da olur.
- Məsələn?
- Bir də görürsən doğmalardan SMS-lər alıram və orda məni kövrəldən məqamlar olur.
- Sirr deyilsə, bu ad gününü harada, kimlərlə və necə qeyd edəcəksən?
- Bu il ad günümü məxsusi olaraq qeyd etməyəcəyəm. Çünki bu axşam xalaoğlunun toyudur. Toyda olacağam, elə ad günümü də orda qeyd edəcəyik.
- İlk təbriki kimdən aldın?
- Dünən gecə yenə də dostlarla toydaydıq. Uşaqlar dəqiqələri gözləyirdilər ki, vaxt yetişsin. Saat 12 tamam olanda məni qucaqlayıb bağırlarına basdılar, təbrik etdilər.
- Ad günündə ard-arda toy xəbəri, səncə, xoş bir əlamət deyilmi? Bu il sənin toy xəbərini ala biləcəyikmi?
- (gülür) Bu il keçdi artıq. İnşallah, gələn il bu barədə düşünəcəyəm. Qismətdirsə, olacaq.
- Sevənlərin çoxdur, bunu hamı bilir, bəs sənin sevdiyin varmı?
- Sağ olsun məni sevənlər. Amma hələ ki sevdiyim qız yoxdur. Amma bilmək olmaz, bəlkə, elə indi durub buradan çıxanda o qız qarşıma çıxacaq. Həyatdır, hər şey ola bilər.
- O qız hansı kriteriyalara sahib olmalıdır ki?
- Yaş keçdikcə, ya nədəndir, bilmirəm, xoşladığım qızlarla bağlı kriteriyalarım da dəyişir. Dörd il bundan əvvəl qızlarda bəyəndiyim kriteriyaları indi xoşlamıram.
- O kriteriyalara nələr daxildir, bəlkə, deyəsən, qızlar da eşitsin?
- Əvvəllər görünüşə önəm verirdim. Amma indi qızların görünüşü mənim üçün ikinci plana keçib.
- Bəs əsas olan nədir?
- Xasiyyəti…
- Elə bir xasiyyət varmı ki, deyirsən, mütləq o qızda olmalıdır?
- Bunu qabaqcadan demək olmur. İstəmirəm hansısa qız mənə, ya məni çox sevdiyinə görə xasiyyətini dəyişsin. Çünki o halda o qız süni olacaq, axı xasiyyət fitrətən gələn bir şeydir. İstəyirəm, qarşıma çıxacaq o qız fitrətən həyatsevər, anlayışlı bir insan olsun. Mənim sevdiklərimi o sevsin, onun sevdiklərini də mən sevim.
- İlkin, hədiyyələri sevirsən yəqin. İndi deyəcəksən ki, hədiyyəni kim sevməz? Bilirsən niyə soruşdum, adam var deyir, nə hədiyyə verməyi sevirəm, nə də hədiyyə almağı…
- Yox, mən hədiyyə almağı sevirəm.
- Onda de görək, ad günündə ilk hədiyyəni kimdən aldın?
- Ailəmdən və dostlarımdan. Dostlarım yaxşı bir qol saatı bağışladılar mənə.
- Bəs indiyə qədər ən yadda qalan hədiyyən nə olub bəs?
- 2005-ci ildə 22 yaşımda o hədiyyəni mənə atam dostları ilə birgə bağışladı.
- Nə idi?
- “Mercedes” markalı avtomobil. Mənim üçün çox əziz bir hədiyyə idi.
Cəvahir Səlimqızı
FOTOLAR Elçin Muradındır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 20 May 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region20 May 18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region20 May 18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT